Kanal D-də yayımlanan Uzaq Şəhər serialında "Kaya" obrazı ilə tanınan gənc aktyor Atakan Özkayanın atası Mustafa Özkaya (60) dəfn olunub. Özkaya, Maltepe Mərkəz Məscidində keçirilən cənazə mərasimindən sonra Başıbüyük qəbiristanlığında torpağa tapşırılıb.
Atakan Özkaya sosial media hesabında atasının vəfat etdiyini açıqlamışdı. Məlumata görə, Mustafa Özkaya ürək problemi səbəbindən xəstəxanaya çatdırılsa da həkimlərin müdaxiləsinə baxmayaraq həyatını itirib.
Bu gün keçirilən cənazə mərasimində aktyorun həmkarları Ozan Akbaba, Sinem Ünsal, Gonca Cilasun, Dilin Döğer, Ferit Kaya, Alper Çankaya, Burak Şafak, Doğukan Güngör, yaxın dostları və çoxsaylı sevənləri iştirak edib.
Cənazə namazından sonra Mustafa Özkaya Başıbüyük qəbiristanlığında dəfn olunub.
Lalə Qüdrətova
Milli.Az
Məqaləyə dair fotomateriallar:
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)