AZ

Mikayıl Cabbarov: "Azərbaycan Mərkəzi Asiya və Cənubi Qafqaz arasında strateji körpü rolunu oynayır"

Azərbaycanın strateji əhəmiyyət daşıyan Mərkəzi Asiya və Cənubi Qafqaz regionları arasında təbii açar və körpü rolunu oynaması bir sıra iqtisadi layihələrin həyata keçirilməsində əvəzedilməz rol oynayır.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Nazirlər Kabinetində Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasda bildirib.

"Ölkəmizin belə bir mövqe qazanmasına Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti, milli maraqların qorunması yolunda nümayiş etdirdiyi qətiyyət və beynəlxalq nüfuzu nəticəsində nail olunub", - nazir vurğulayıb.

Seçilən
41
9
report.az

10Mənbələr