AZ

Yuventus onu satmağa hazırdır

Qol.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Atletiko”nin hücumçu Nikolas Qonsalesin transferi ilə bağlı ilk rəsmi təklifini hazırlayır. 

QOL.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira öz “X” səhifəsində məlumat yayıb.

Argentinalı futbolçu keçidə müsbət yanaşır. Buna səbəb onun Turin təmsilçisinin baş məşqçisi İqor Tudorla anlaşılmazlıq yaşamasıdır. 

Qeyd olunur ki, “Yuventus” 27 yaşlı oyunçunu 30 milyon avro dəyərində qiymətləndirir və satmağa hazırdır.

Ötən mövsümdə Qonsales bütün turnirlərdə 38 oyunda meydana çıxıb, 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
1
qol.az

2Mənbələr