Xalqcebhesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.
İran etiraf edir ki, İsraillə silahlı toqquşma təkrarlana bilər, lakin İslam Respublikası regionda baş verə biləcək hər hansı inkişafa hazırdır.
Xalqcebhesi.az xəbər verir ki, bunu “Asharq Al Awsat” qəzetinə müsahibəsində İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
"Hər şey mümkündür, lakin biz istənilən şəraitə hazırıq. 12 günlük müharibədə sionist varlıq və ABŞ məqsədlərinin heç birinə nail olmadılar, İran isə qəhrəmancasına müqavimət göstərdi və təcavüzə eyni vaxtda cavab verdi", - deyə XİN rəhbəri İran və İsrail arasında qarşıdurmanın necə olacağı ilə bağlı sualı cavablandırıb.
Məryəm Quliyeva
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.