AZ

Onananın yerini kim tutacaq?

Tezliklə “Mançester Yunayted”ə yeni futbolçu qoşulacaq. İngiltərə klubu “Antverp”in qapıçısı Senne Lammenslə razılaşıb.
Bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb. 23 yaşlı futbolçu artıq İngiltərə klubun təklifinə razılıq verib. Hazırda klublar arasında danışıq gedir. Məlumatda tərəflərin transfer məbləğini müəyyənləşdirməyə yaxın olduğu bildirilir. Lammensin “Antverp” ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdi.
Yeri gəlmişkən, “İnter” rəhbərliyi Andre Onananı geri qaytarmaq variantını nəzərdən keçirir. Bu barədə “Caught Offside” nəşri məlumat yayıb. İtaliya klubu kamerunlu qapıçının 2022/23 mövsümündə komandanın oyununa göstərdiyi böyük təsiri unutmur. Xatırladaq ki, milanlılar həmin mövsüm Çempionlar Liqasının finalına qədər irəliləmişdi. Klub rəhbərliyi qapı xəttini yeniləmək niyyətindədi və bu səbəbdən Onananın yenidən transferi gündəmə gəlib.
28 yaşlı Onana “İnter”in heyətində 2022/23 mövsümündə çıxış edib. Onun MY ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdi.

Seçilən
57
football-plus.az

1Mənbələr