AZ

Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi Mehriban xanım Əliyevanı təbrik edib


Təbrik məktubu.

Bu gün Azərbaycan qadınının nəcibliyini, mübarizliyini, aliliyini, əzmkarlığını Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva özündə təcəssüm etdirir. Möhtərəm Mehriban xanım Əliyevaya rəğbət bəsləmək üçün olduqca çox sayda səbəb var. Azərbaycanın sosial-iqtisadi inkişafı, milli-mənəvi dəyərlərinin qorunması , mədəniyyətinin inkişafı və təbliği istiqamətində həyata keçirdiyi işlərdə, Cənab Prezidentimiz İlham Əliyevin ən yaxın silahdaşı olmaqla ölkəmizin müstəqilliyi və tərəqqisinə müstəsna töhfələr vermək kimi tarixi missiyanın həyata keçirilməsində, çoxşaxəli fəaliyyətində yeni-yeni uğurlar arzulayıram.
Milli-mənəvi dəyərlərimizin qorunmasına, təhsil, səhiyyə, mədəniyyət və humanitar sahələrin inkişafına göstərdiyiniz misilsiz xidmətlər xalqımız tərəfindən daim yüksək dəyərləndirilir və rəğbət bəslənilir.
Hunanizm və nəciblik missiyasını layiqincə yerinə yetirən Mehriban xanım Əliyevanın ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı rolu mühüm, xidmətləri danılmazdır. Zəka, mərhəmət və vətənpərvərlik kimi ülvi keyfiyyətləri özündə cəmləşdirən Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqının adını ucaldan fədakar qadınlarımızın ən parlaq simalarından biridir. Onun varlığı xalqımız üçün xoşbəxtlik, uğurlu fəaliyyəti isə gələcəyə inamdır.
Sadəliyi ilə seçilən, rəğbət bəslənən, əməlləri ilə könüllərdə iz buraxan bir simadır, şəxsiyyətdir. Mehriban xanım Əliyevanın fəaliyyəti yalnız müəyyən sahələrlə məhdudlaşmır. ISESCO və bir çox nüfuzlu beynəlxalq təşkilatların xoşməramlı səfiri kimi o, Azərbaycanın mədəni irsinin qorunması, humanitar təşəbbüslərin dəstəklənməsi istiqamətində böyük əzmkarlıqla fəaliyyət göstərmişdir və göstərməkdədir.
Səhiyyə, təhsil, mədəniyyət, sosial rifah, beynəlxalq əlaqələrin inkişafında Mehriban xanımın uğurlu fəaliyyəti danılmazdır və təqdirəlayiqdir. Milli irsin qorunub saxlanılması sahəsində onun xidmətləri xüsusilə əvəzsizdir. Heydər Əliyev Fondu vasitəsilə həyata keçirilən layihələr zəngin tarixi -mədəni irsimizin beynəlxalq səviyyədə tanıdılmasına, milli kimliyin qorunmasına böyük töhfə vermişdir.
Azərbaycan qadınının kibarlığını, təmkinini, iradəsini, aliliyini öz simasında cəmləşdirən şəxsiyyət. Humanist və xeyirxah missiyanız hər zaman davamlı olsun. 26 avqust sizin doğum gününüzdür. Bu münasibətlə sizi təbrik edib, bu əzmkar fəaliyyətinizdə uğurlar arzu edirəm.

Hörmət və ehtiramla : Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin İcraçı Direktoru
Nur Haqverdi.

Seçilən
28
baki-xeber.com

1Mənbələr