AZ

“Real”ın sabiq üzvü “Bayer”də

Almaniyanın “Bayer” klubu heyətini ispaniyalı futbolçu Lukas Vaskeslə gücləndirib.

İdmanxeber.az xəbər verir ki, 34 yaşlı sağ cinah müdafiəçisi ilə 2027-ci ilə qədər müqavilə imzalanıb.

Qeyd edək ki, “Real”ın yetirməsi olan Vaskes əsas komandanın heyətində 402 oyun keçirib, 38 qol vurub və 73 məhsuldar ötürmə edib.

O, “kral klubu” ilə 5 dəfə Çempionlar Liqasının qalibi adını qazanıb.

Seçilən
3
idmanxeber.az

1Mənbələr