AZ

Estoniya Ukrayna dronunun vurulmasında Rusiyanı ittiham etdi

Estoniya rəsmiləri bildirib ki, Ukraynaya aid pilotsuz uçuş aparatı (PUA) Tartu şəhərindən 40 km aralıdakı bir fermer sahəsinə düşüb.

Editor.az xəbər verir ki, məlumata görə, dron Rusiyaya doğru hərəkət edirdi, lakin radioelektron mübarizə vasitələri ilə trayektoriyasından çıxarılıb.

Hadisə Ukrayna Silahlı Qüvvələrinin Leningrad vilayətindəki Ust-Luq portuna hücum etdiyi gün baş verib. Mash xəbər verir ki, Ukrayna dronları Estoniya hava məkanından keçib, lakin onlar Baltik dənizindəki yük gəmilərindən buraxılıb.

Estoniya rəsmiləri belə insidentlərin ölkə və vətəndaşların təhlükəsizliyi üçün ciddi narahatlıq yaratdığını qeyd ediblər.

//Samir Qurbanov, Editor.az

Seçilən
26
editor.az

1Mənbələr