AZ

Trampdan Ukrayna ilə bağlı GÖZLƏNİLMƏZ QƏRAR: "Çoxları bunu başa düşmür"

Amerika lideri Donald Tramp bildirib ki, Birləşmiş Ştatlar bundan sonra Ukraynanın maliyyələşdirilməsində iştirak etməyəcək.

Publika.az xəbər verir ki, onun çıxışının videoyazısı Ağ Evin "YouTube" kanalında yayımlanıb.

Onun sözlərinə görə, Vaşinqton Rusiya-Ukrayna münaqişəsini dayandırmaq cəhdlərini davam etdirəcək.

Tramp qeyd edib ki, ABŞ NATO müttəfiqlərinə “milyardlarla dollar dəyərində raket və hərbi texnika satır”. Beləliklə, onlar bütün münaqişəni maliyyələşdirəcəklər və Vaşinqton heç nə almayacaq.

"Düşünürəm ki, bu vacib məqamdır, çünki çoxları bunu başa düşmür", - Amerika prezidenti əlavə edib.

Seçilən
8
23
publika.az

10Mənbələr