AZ

Kürdəmirdə ağır yol qəzası: ölən və xəsarət alan var


Kürdəmirdə ağır yol qəzası baş verib, ölən və xəsarət alan var.
Hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Ucarlı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı minik avtomobili hərəkətdə olarkən "Chevrolet" markalı nəqliyyat vasitəsi ilə toqquşub. Nəticədə "Mercedes"in sürücüsü, 1986-cı il təvəllüdlü Alıyev Vahid Firuz oğlu ölüb.
Yaralı şəxs isə təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Hadisə yerinə rayon hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.

\\Ölkə.az

Seçilən
42
16
gender.az

10Mənbələr