Bakı. Trend:
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İslam DünyasıTəhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) ilə birgə təşkiletdiyi “Gənclər çoxmədəniyyətli mühitdə sülh quruculuğunun elçilərikimi” mövzusuna həsr edilən II Beynəlxalq Multikulturalizm GənclərForumunun bağlanış mərasimi olub.
Trend xəbər verirki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himnisəsləndirilib.
Tədbiri giriş sözü ilə açan Bakı Beynəlxalq MultikulturalizmMərkəzinin icraçı direktoru Rəvan Həsənov bildirib ki, Forumunmövzusu - “Gənclər çoxmədəniyyətli mühitdə sülh quruculuğununelçiləri kimi” özünü sözün əsl mənasında doğrultdu. İştirakçılarınfikirləri, enerjisi bir daha göstərdi ki, gənclər sülhündavamlılığında, müxtəlifliyin təşviqində, xalqlar, mədəniyyətlər,dinlər arasında qarşılıqlı hörmətin möhkəmləndirilməsindəəvəzolunmaz rola malikdirlər. Forum müddətində iştirakçılar Bakı,Xankəndi və Şuşada bir araya gələrək faydalı müzakirələr apardılar,müxtəlif baxış bucaqlarını bölüşdülər və bir daha əmin olduq ki,gənclər yalnız gələcəkdə deyil, həm də bu gün multikultural dünyadasülh quruculuğunun əsas qüvvəsidir. Forumun Bakı ilə yanaşıXankəndidə və mədəniyyət beşiyimiz Şuşada keçirilməsi sülhündavamlılığını, bu ərazilərdə birgəyaşayışın yenidən qurulmasızərurətini simvolizə edir.
“Qürur hissi ilə deyə bilərik ki, bu Forum vasitəsilə dünyanınmüxtəlif guşələrindən gəlmiş gənclər multikulturalizmin Azərbaycannümunəsini yaxından gördülər. Onlar şahid oldular ki, buradamultikulturalizm sadəcə bir şüar deyil, dövlət siyasəti, gündəlikhəyat tərzi və birgəyaşayış fəlsəfəsidir,” – deyə Rəvan Həsənovvurğulayıb.
İcraçı direktor diqqətə çatdırıb ki, dünya bu gün dözümsüzlük,radikalizm, ksenofobiya və mədəniyyətlərarası anlaşılmazlıqlar kimiciddi çağırışlarla üz-üzədir. Ancaq belə forumlar göstərir ki,gənclər ədalətli, inklüziv və sülhpərvər gələcəyə aparan yolunönündə getməyə qadirdirlər.
Gənclər və idman naziri Fərid Qayıbov gənclərin Azərbaycanhökuməti üçün əhəmiyyətindən bəhs edib. Ölkəmizdə Prezident İlhamƏliyevin rəhbərliyi ilə gənclər üçün müxtəlif səpkili tədbirlərkeçirildiyini diqqətə çatdırıb.
O qeyd edib ki, bir neçə gün ərzində forum iştirakçıları ölkəmizhaqqında dolğun məlumatlar əldə etdilər.
ICESCO-nun Bakı regional ofisinin direktorunun müavini MəryəmQafarzadə deyib ki, mədəniyyətlərarası dialoqun və sülhün təşviqinəsadiqlik ruhlandırıcı və təqdirəlayiq haldır. Gənclərin enerjisi vədərin bağlılığı bu toplantını mənalı və təsirli hadisəyəçevirdi.
"Sülh, sadəcə, bir anlayış deyil. O İslamda dərin kök salmışəsas dəyərdir və ISESCO-nun missiyasının mərkəzi sütunudur. ISESCOuzun müddətdir sülh, təhsil və mədəniyyətlərarası dialoqunmüdafiəçisidir. Azərbaycan, Özbəkistan, Tacikistan, Qazaxıstan vəQırğızıstana xidmət edən Bakıdakı regional ofisimiz əməkdaşlığa,mədəni mübadilə və barışığa təkan verən proqram və təşəbbüslərinhəyata keçirilməsində fəal iştirak edir.
Bakı, Xankəndi və Şuşada keçirilən bu Forum gəncliyin, birliyinvə ümumi dəyərlərin gücünün sübutudur. Bu, həqiqətən də, təkcəiştirak baxımından deyil, həm də söhbətlərin dərinliyi, əməkdaşlıqruhu və hər birinizin nümayiş etdirdiyi sülhə səmimi sadiqlikbaxımından böyük uğurdur",- deyə M. Qafarzadə vurğulayıb.
Nordik Münaqişələrin Transformasiyası Mərkəzinin direktoruNoufal Abboud və Stirlinq Fondunun regional direktoru Mohamed DahabForumun əhəmiyyətinə toxunaraq, tədbirin gənclər üçün faydalıolduğunu bildiriblər. Onlar gənclərin müxtəlif ölkələrindənolmasına baxmayaraq, müxtəlifliyin problem yox, əslində həllolduğunu diqqətə çatdırıblar.
Çıxışçılar bu cür faydalı forumu reallaşdırdığına və onlaragöstərilən münasibətə görə Azərbaycan hökumətinə təşəkkürediblər.
Sonda forum iştirakçılarına sertifikat və hədiyyələr təqdimolunub.
“Gənclər çoxmədəniyyətli mühitdə sülh quruculuğunun elçilərikimi” mövzusuna həsr olunan II Beynəlxalq Multikulturalizm GənclərForumuna avqustun 22-də start verilib. Bakı, Şuşa və Xankəndişəhərlərində keçirilən Foruma dünyanın 50-dən çox ölkəsindən 70-dəkiştirakçı qatılıb. İştirakçılar Fəxri xiyabanı, Şəhidlərxiyabanını, Heydər məscidini və Tolerantlıq Evini ziyarət ediblər.Forum iştirakçıları üçün ICESCO və onun Bakı Regional Ofisininrəhbərliyi, Afrika İttifaqının Afrika Miqrasiya Müşahidə Mərkəzi vəNordik Münaqişələrin Transformasiyası Mərkəzinin tərəfdaşlığı ilə“Müxtəlifliyin gücü: Gənclər sülh və qarşılıqlı anlaşmanınhərəkətverici qüvvəsi kimi” mövzusunda seminar keçirilib.
İştirakçılar Xankəndi şəhərində aparılan abadlıq-quruculuqişləri ilə tanış olublar. Onlar BBMM-in şöbə müdiri İrina Kuninanın“Azərbaycan multikulturalizm modelinin xüsusiyyətləri”, MilliMəclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyevin isə“Bakının sülh diplomatiyası: beynəlxalq hüquqda qayıdış hüququ vəAzərbaycan konteksti” mövzusunda mühazirələrini dinləyiblər.
Forum çərçivəsində iştirakçılar “Müasir konfliktlər zamanısülhün bərpasında dinin rolu” mövzusunda müzakirələr aparıb,həmçinin “Öz xalqını təqdim et” musiqili axşamlarda öz ölkələrininmədəniyyətlərini təqdim ediblər. Şuşaya ekskursiya zamanı şəhərintarixi və mədəni abidələri ilə tanış olublar. Onlar Natəvanın evi,Bülbülün ev-muzeyi, Şuşa qalası, Yuxarı Gövhər Ağa məscidi, Vaqifinməqbərəsi və Cıdır düzündə olublar. Ekskursiya zamanı iştirakçılaraişğaldan sonrakı bərpa və yenidənqurma işləri barədə məlumatverilib.