
Ağstafa rayonunun Yuxarı Göycəli kəndi istiqamətində başlayan yanğın məhdudlaşdırılıb.
Reyting.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən daha böyük əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.
Rayonun Dağ Kəsəmənli və Ağköynək istiqamətində yanğınların söndürülməsi əməliyyatı davam edir.
Əlavə məlumat veriləcək.