Kürdəmirdə ağır yol qəzası baş verib. Hadisə Ağsu–Kürdəmir–İmişli avtomobil yolunun rayonun Ucarlı kəndindən keçən hissəsində qeydə alınıb.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, hərəkətdə olan iki minik avtomobili toqquşub. Hadisə nəticəsində avtomobillərdən birinin sürücüsü hadisə yerində dünyasını dəyişib. Yol-nəqliyyat hadisəsi zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslər təcili tibbi yardım avtomobili ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.