AZ

Rusiya Google və Wikipedia-nı 13 milyon rubl cərimələyib



Rusiyada Google və Wikipedia qadağan olunmuş məzmuna girişi bloklamadıqları üçün 13 milyon rubl (təxminən 162 min dollar) cərimələnib.
Moskvada Google və Wikipedia-ya qarşı qaldırılan iddialara baxılıb.

Məhkəmə sözügedən platformaların müxtəlif qadağan olunmuş məzmuna girişi əngəlləyə bilmədiyi və qanuna əməl etmədiyinə qərar verərək, Google-a 7 milyon rubl, Wikipedia-ya isə 6 milyon rubl cərimə ödəməyə məcbur edib.

Sözügedən şirkətlərlə yanaşı, daha əvvəl də oxşar səbəblərdən Apple, Twitch və Facebook kimi müxtəlif xarici platformalar da cərimələnmişdi. İnstaqram, X, YouTube və Facebook kimi platformalara da giriş qanuna əməl etmədiyi üçün bloklanıb.

aia.az
Tərcümə şöbəsi



Seçilən
12
aia.az

1Mənbələr