"Qarabağ" hücum xətti üçün yeni transferini açıqlayıb.
"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Qarabağ"ın Portuqaliyanın “Portimonense” klubu ilə apardığı danışıqlar uğurla nəticələnib və Kamilo Duran heyətə cəlb olunub.
Ağdam təmsilçisi ilə 23 yaşlı kolumbiyalı arasında 3 illik müqavilə imzalanıb. Həm hücumda, həm də yarımmüdafiənin hər iki cinahında çıxış edən cənubi amerikalı “Qarabağ”da 17 nömrəli forma ilə çıxış edəcək.
Kolumbiyada “İndependente Medelyin” və Braziliyada “Flamenqo”nun gənclərdən ibarət komandalarında çıxış edən Duran Portuqaliyaya transfer olunub. O, “Eştrela”nın U-23 komandasında, “Lusitaniya” və “Portimonense”də forma geyinib. Hücumçu Kolumbiyanın U-20 millisinin də üzvü olub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta