AZ

Kürdəmirdə piyadanı maşın vurub

Kürdəmirdə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az "Bizim.Media"ya istinadən xəbər verir ki, hadisə rayonun Şilyan kəndi ərazisində qeydə alınıb. “VAZ 2106” markalı avtomaşının sürücüsü yolu keçmək istəyən piyada Rahib Rövşən oğlu Allahverənovu vurub. Ağır bədən xəsarəti alan yaralı dərhal Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb. Həkimlər onun vəziyyətini orta ağır qiymətləndirirlər. Fakt araşdırılır.

Seçilən
5
2
avtosfer.az

3Mənbələr