Finlandiya 2026-cı ilin yanvarından etibarən piyada əleyhinə minaların istifadəsini bərpa etməyi planlaşdırır.
“Azreform.info ” xəbər verir ki, bu barədə ölkənin quru qoşunlarına istinadən “Yle” telekanalı məlumat yayıb.
Finlandiya 2025-ci il iyulun 10-da piyada əleyhinə minaları qadağan edən Ottava Konvensiyasından çıxması barədə BMT-yə rəsmi məlumat verib və sazişin denonsasiyası gələn ilin yanvar ayında qüvvəyə minəcək.
“Quru qoşunları gələn ilin yanvarında piyada əleyhinə minaları arsenala bərpa edəcək”, - Müdafiə Nazirliyindən bildirilib.
Quru qoşunları mühəndisi Riku Mikkonen əlavə edib ki, 2026-cı ilin yanvar ayından etibarən mövcud müdafiə sisteminə əlavə olaraq minaların sürətlə istismara verilməsi üçün tədbirlər hazırlanacaq.