AZ

Xəzərdə güclü zəlzələ – Bakıda və rayonlarda hiss edildi

Xəzər dənizi sahillərində 5,7 maqnitudada zəlzələ qeydə alınıb.

Heftelik.az xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinə (EMSC) məlumat yaıb.

Yeraltı təkanlar Bakı vaxtı ilə saat 00:33-də Dərbənddən (Rusiya) 50 km şimal-şimal-qərbdə qeydə alınıb. Zəlzələ ocağı 11 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat daxil olmayıb.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən  bildirilib ki, Dağıstandakı zəlzələ 5,3 maqnitudada olub, zəlzələ ocağı 66 kilometr dərinlikdə yerləşib. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, zəlzələ 3-4 bala qədər hiss olunub.

Qeyd edək ki, təbiət hadisəsi Azərbaycanın bir sıra şəhər və rayonlarında o cümlədən Quba, Xınalıq, Qusar, Bakı və Sumqayıt və s. şəhərlərində hiss olunub.

Seçilən
51
3
heftelik.az

10Mənbələr