AZ

Tramp Vaşinqtonda qətl törədənlər üçün ölüm cəzası istəyir

BAKI, 27 avqust. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp administrasiyası ölkənin paytaxtı Vaşinqton şəhərində ölüm cəzasının bərpa olunmasını istəyir.

Teleqraf xəbər verir ki, bu barədə dövlət başçısı Ağ Evdə keçirilən prezident kabinetinin iclası zamanı bildirib.

"Əgər kimsə paytaxtda - Kolumbiya dairəsinin Vaşinqton şəhərində qətl törədərsə, biz ölüm cəzasının tətbiqinə nail olacağıq. Bu çox güclü preventiv vasitədir və hər kəs bununla razıdır", - Tramp bildirib.

Xatırladaq ki, Ali Məhkəmə Vaşinqtonda ölüm cəzasını 1972-ci ildə ləğv edib. Kolumbiya Dairəsinin Şəhər Şurası isə bu cəzanı 1981-ci ildə rəsmi olaraq ləğv edib.

Seçilən
6
teleqraf.com

1Mənbələr