AZ

Çin alimləri ilk dəfə transgen donuzun ağciyərini insana transplantasiya ediblər

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 27 avqust, AZƏRTAC

Çinli alimlər ilk dəfə transgen donuzun, yəni, hüceyrələri immun sistem tərəfindən kəskin reaksiya yaratmayan donuzun ağciyərini klinik ölüm vəziyyətində olan xəstəyə transplantasiya ediblər. Yeni orqan dərhal rədd edilmə reaksiyası yaratmayıb. Bu da transgen heyvanlardan donor ağciyərlərin hazırlanmasının mümkünlüyünü göstərir.

AZƏRTAC xəbər verir ki, bu barədə alimlər “ Nature Medicine” jurnalında yazıblar.

“Transgen donuzların ağciyərləri əvvəllər heç vaxt insana transplantasiya edilməyib, ona görə də immunitetin bu prosedura necə reaksiya verəcəyinə dair məlumatımız yox idi və kəskin rədd reaksiyasının baş verib-verməyəcəyi bilinmirdi. Biz bu eksperimentə ilk dəfə başladıq və göstərdik ki, transplantasiya olunmuş ağciyər 216 saatdan artıq müddət ərzində canlı və funksional qaldı”, – məlumatda qeyd olunur.

Eksperiment Çinin Quançjou Tibb Universitetinin professoru He Czyansinin rəhbərliyi altında həkimlər və bioloqlar qrupu tərəfindən aparılıb. Onların elmi komandası bir neçə ildir transplantasiya zamanı insan immuniteti tərəfindən rədd edilməyən transgen donuzların yetişdirilməsi üzərində çalışır.

Bunun üçün alimlər CRISPR/Cas9 genom redaktoru vasitəsilə kəskin immun reaksiyaya səbəb olan bir neçə antigeni çıxarıb və insanın “özünkü-başqası” tanıma siqnallarını yaradan DNT seqmentlərini donuz genomuna əlavə ediblər. Bu donuzlardan birinin ağciyəri 39 yaşlı, insult keçirmiş və klinik ölüm vəziyyətində olan kişiyə transplantasiya edilib.

Bioloqlar izah edirlər ki, ağciyərlərin transplantasiyası xüsusilə çətindir, çünki nəfəs orqanları hava və mikroblarla daima təmasda olur və bu, həm doğuşdan gələn, həm də sonradan qazanılmış immun sistem üçün daimi aktivlik mənbəyi yaradır.

Tədqiqatçılar bildirirlər ki, ağciyər eksperiment boyunca canlı və funksional qalıb, lakin əməliyyatdan sonra üçüncü gündə donuzun ağciyər toxumasına qarşı anticisimlərin, həmçinin immun reaksiyaya bağlı ola biləcək iltihab və zədələnmələrin müşahidə olunduğu qeyd edilib. Bu isə tam təhlükəsiz ksenotransplantasiya üçün donuzların DNT-sində əlavə dəyişikliklərin aparılmasının zəruriliyini göstərir, – deyə alimlər vurğulayıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
2
azertag.az

3Mənbələr