AZ

Fransada sinaqoqlara qarşı terror aktları planlaşdıran yeniyetmələr saxlanılıb

Fransa polisi sinaqoqlara və Eyfel qülləsinə qarşı terror aktı hazırlamaqda şübhəli bilinən 15 və 17 yaşlı iki nəfəri saxlayıb.

"Report" xəbər verir ki, bu barədə "Le Figaro" qəzeti məlumat yayıb.

Nəşr qeyd edir ki, saxlanılan hər iki şəxs Fransanın paytaxtı bölgəsinin yerli sakinləridir, ərəb-müsəlman əsilli ailələrdə böyüyüblər. Yeniyetmələr İŞİD terror qruplaşmasına rəğbət bəsləyib, mütəmadi olaraq ultra-zorakı məzmun mübadiləsi aparır, xaricə cihada getmək planlarını müzakirə ediblər.

Bu yaxınlarda onlar birbaşa Fransada hücumların təşkilinin mümkünlüyündən danışıblar. Söhbət həm İsrailin Qəzza zolağındakı hərbi əməliyyatı kontekstində sinaqoqlardan, həm də Eyfel qülləsindən gedib.

Nəşr vurğulayıb ki, gənclər cinayətin dəqiq yeri barədə qərar verməsələr də, artıq silah axtarmağa başlayıblar. Avqustun 1-də onlar “terrorçuluq məqsədilə cinayətkar sui-qəsd” maddəsi ilə ittihamı ilə məhkəməyə gətiriliblər.

Qəzet narahatedici tendensiyanı qeyd edir: əgər 2022-ci ildə terrorla bağlı cinayət işi üzrə cəmi 2 azyaşlı saxlanılıbsa, 2023-cü ildə onların sayı artıq 15, 2024-cü ildə 18, 2025-ci ilin əvvəlindən isə 13 olub.

Seçilən
14
1
report.az

2Mənbələr