AZ

KİV: Rusiya Sumıya PUA-larla hücum etdi

BAKI, 27 avqust. TELEQRAF

Rusiya Ukraynanın Sumı şəhərinə pilotsuz uçuş aparatları (PUA) ilə kütləvi hücum təşkil edib.

Teleqraf xəbər verir ki, bu barədə Sumı şəhərinin meri vəzifəsini icra edən Artyom Kobzar öz “Telegram” kanalında bildirib.

Onun sözlərinə görə, şəhərdə partlayışlar baş verib. Qeyri-yaşayış yerlərinə zərbələr endirildiyi bildirilir. Kobzar şəhər sakinlərini təhlükəsiz yerlərdə qalmağa çağırıb və mobil atəş qruplarının işlədiyi barədə məlumat verib.

Həmçinin Sumı Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorov Rusiyanın Sumı icmasının ətrafına PUA-larla kütləvi zərbələr endirdiyi barədə məlumat verib.

İnsan tələfatının olmadığı bildirilir, lakin infrastruktur obyektlərinə ziyan dəyib. Hazırda orada qəza xidmətləri işləyir.

Seçilən
8
teleqraf.com

1Mənbələr