AZ

Xıdırlı sakini: 75 yaşımda doğma yurduma qayıdıram

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 27 avqust, AZƏRTAC

Ağdam rayonunun Xıdırlı kəndindən 1993-cü ildə, 42 yaşında çıxmağa məcbur olmuşuq. Uzun illər köçkün həyatı yaşasam da, bu gün çox sevincliyəm. Çünki 75 yaşımda doğma yurduma qayıdıram. Bu günləri bizə yaşadan Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusuna təşəkkür edirəm.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Ağdam rayonunun Xıdırlı kəndinə köçən keçmiş məcburi köçkün Ramiz Mahmudov

söyləyib.

O, torpaqlarımızın azadlığını uğrunda mübarizədə canlarından keçən şəhidlərə rəhmət diləyib, yaralananlara cansağlığı, əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

Keçmiş məcburi köçkün məmnun şəkildə doğulub boya-başa çatdığı Ağdama getdiyi üçün qürur hissi keçirdiyini vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
4
azertag.az

5Mənbələr