ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin Ukrayna Prezidenti Vladimir Zelenski haqda "qeyri-legitim" olması ilə bağlı açıqlamalarını tamamilə cəfəngiyat adlandırıb.
Axar.az xəbər verir ki, sözügedən açıqlamanı Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.
Məlumata görə, Trampdan Putin və onun ətrafının Zelenskinin "qeyri-legitim" olması səbəbindən Ukrayna ilə sülh sazişinin imzalanmasının mümkün olmadığı barədə iddialarına necə reaksiya verdiyi soruşulub.
Tramp isə cavabında belə qeyd edib:
“Onların-rusların nə dediyi vacib deyil. Bunun hamısı cəfəngiyatdır. Hamı sadəcə publikaya oynayır”.