AZ

Fast-food qidalarının müntəzəm istifadəsitəhlükəlidir

Endokrinoloq Kseniya Potmalnikova bildirib ki, düzgün olmayan qidalanma 2-ci tip şəkərli diabetin inkişafında mühüm rol oynayır.

Redaktor.az xəbər verir ki, mütəxəssis bu haqda aif.ru-ya müdahibəsində danışıb.

Həkimin sözlərinə görə, xüsusilə şəkərlə zəngin qidaların şirin qazlı içkilər, şirniyyat və un məmulatlarının tez-tez qəbulu xəstəliyin yaranma riskini artırır. Eyni zamanda, fast food, işlənmiş ət məhsulları və yağlı yeməklərin müntəzəm istifadəsi də təhlükəlidir.

Potmalnikova əlavə edib ki, oturaq həyat tərzi, fiziki aktivliyin azlığı, yuxu pozğunluqları və xroniki yuxu çatışmazlığı da diabetin inkişafına şərait yaradır.

“Pis vərdişlər siqaret, spirtli içkilərin həddindən artıq qəbulu və xroniki stress də bu riski gücləndirir. Şəkərli diabetin qarşısını almağın yeganə yolu sağlam həyat tərzi, düzgün qidalanma, müntəzəm idman və stressin idarə olunmasıdır”, - deyə həkim qeyd edib.

Aytəkin TOFİQQIZI

 

Seçilən
23
1
redaktor.az

2Mənbələr