AZ

İran və “Avropa üçlüyü” BMT sanksiyaları ilə bağlı razılığa gələ bilməyib

Tehranla Fransa, Almaniya və Böyük Britaniya arasında Cenevrə danışıqları nəticəsiz qalıb...

Poliqon xəbər verir ki, İranla Fransa, Almaniya və Böyük Britaniyanın nümayəndələri arasında Cenevrədə keçirilən danışıqlar nəticə verməyib. "Euronews" telekanalı diplomatik mənbəyə istinadla yazır ki, tərəflər BMT-nin Tehranın nüvə proqramı ilə bağlı sanksiyalarını yenidən tətbiq etməmək üçün razılığa gələ bilməyiblər.

Mənbənin sözlərinə görə, müəyyən müddət qalsa da, ayın sonunadək həll yolları axtarışları davam etdiriləcək. Məsələ 2015-ci ildə imzalanmış nüvə sazişində nəzərdə tutulan “geri dönüş mexanizmi” və ya “təhrik mexanizmi” ilə bağlıdır. Qərb ölkələri İranı öhdəliklərini pozmaqda ittiham edirlər.

Əgər mexanizm işə düşərsə, bu, sazişdən əvvəl qüvvədə olan BMT sanksiyalarının tam bərpası demək olacaq. Söhbət adi silahlara embarqodan, ballistik raket proqramına məhdudiyyətlərdən, aktivlərin dondurulmasından, səfər qadağasından və nüvə texnologiyalarının istehsalına qoyulan yasaqlardan gedir.

Ekspertlər hesab edirlər ki, bu ssenari bölgədə gərginliyi daha da artıracaq və Tehranla Qərb arasında diplomatik münasibətləri dərin böhranla üz-üzə qoyacaq.

Poliqon.info

Seçilən
135
poliqon.info

1Mənbələr