AZ

Xıdırlıya növbəti köç karvanı yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Bakıvaxtı.az xəbər verir ki, bu gün Ağdam rayonunun Xıdırlı kəndinə növbəti köç karvanı yola salınıb.

    Bu mərhələdə Xıdırlı kəndinə Ağdam rayonundan – 40 ailə (137 nəfər); Bakı şəhərindən – 23 ailə (85 nəfər); Bərdə rayonundan – 20 ailə (73 nəfər); Mingəçevir şəhərindən – 8 ailə (26 nəfər); Ucar rayonundan – 4 ailə (17 nəfər); Ağdaş rayonundan – 2 ailə (5 nəfər); Tərtər rayonundan – 1 ailə (6 nəfər); İmişli rayonundan – 1 ailə (5 nəfər); Yevlax rayonundan – 1 ailə (5 nəfər); Abşeron rayonundan – 1 ailə (3 nəfər); Qəbələ rayonundan – 1 ailə (3 nəfər); Sumqayıt şəhərindən – 1 ailə (3 nəfər); Göyçay rayonundan – 1 ailə (2 nəfər) olmaqla ümumilikdə 104 ailə (370 nəfər) köçürülüb.

    Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

    Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

    Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələriniyerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50 mindən çoxinsan yaşayır.

    Beləliklə, 27.08.2025-ci il tarixindəki köç də nəzərə alınmaqla Ağdam rayonunun Xıdırlı kəndinə cəmi 256 ailə (1359 nəfər) köçürülmüş olacaqdır.

    Seçilən
    7
    18
    bakivaxti.az

    10Mənbələr