AZ

Şamaxıda yol PROBLEMİ: "Görün nə gündə yaşayırıq" - VİDEO

Şamaxı sakinləri yollarının bərbad vəziyyətdə olmasından şikayətçidirlər.
 
Baku TV-nin qaynar xəttinə müraciət edən vətəndaşların sözlərinə görə, hazırda nəqliyyat vasitələri bu yoldan çox çətinliklə istifadə edir.
 
"Maşınlar gələ bilmir, bəzən bir-iki saat olduğu yerdə qalır. Şəhərin mərkəzində yaşayırıq, amma kənddən gələnlər bizə gülürlər. Uşaqlarımız məktəbə palçığın içində gedirlər", - sakinlərdən biri şikayətini dilə gətirib.
 
Məsələ ilə bağlı Şamaxı Rayon İcra Hakimiyyətindən bildirilib ki, mövcud problemdən qurum xəbərdardır: "Hazırda şəhər ərazisində asfaltlanma işi dayandırılıb. İşlərə start verildiyi zaman sözügedən küçədə də mərhələli şəkildə asfaltlanma işi həyata keçiriləcək".
 
Ətraflı süjetdə:
 
Seçilən
16
2
moderator.az

3Mənbələr