AZ

Ramiz Rövşənin son durumu açıqlandı

Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid Xalq şairi Ramiz Rövşənin son durumunu açıqlayıb.

Ölkə.Az xəbər verir ki, R.Məcid şairin səhhətinin yaxşı olduğunu söyləyib:

“Ramiz Rövşənlə danışdım. Dedi ki, ayağımdakı ağrılar stabil qalır. Amma səhhətimdə problem yaranması barədə yazılanlar xeyli şişirdilib”,- deyə o əlavə edib.

Bundan əvvəl Ramiz Rövşənin ayağında problem yarandığı və onun hərəkət etməsinin çətinləşdiyi və yaxın günlərdə xəstəxanaya müraciət edəcəyi bildirilirdi.

Qeyd edək ki, R.Rövşən 2019-cu ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın Xalq şairi adına layiq görülüb. O, Prezidentin fərdi təqaüdçüsüdür.

Billurə Yunus

Seçilən
33
2
olke.az

3Mənbələr