AZ

Qazaxıstan klubu tarix yazdı: ilk dəfə ÇL-də!

  Qazaxıstanın “Kayrat” klubu pley-off mərhələsində “Seltik”i penaltilər seriyasında keçib və tarixində ilk dəfə Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb

Referans   xəbər verir ki, Qlazqoda keçirilən ilk görüşdə qolsuz heç-heçə qeydə alınıb. Əsas və əlavə vaxtda da hesab açılmayıb, buna görə də penaltilar seriyasına ehtiyac duyulub.

Penaltilərdə daha dəqiq oynayan “Kayrat” (3:2) Çempionlar Liqasının əsas mərhələsinə yüksəlib.

 
Qeyd edək ki, daha əvvəl Qazaxıstan klublarından turnirin pley-offunu keçmək yalnız 2015/2016 mövsümündə “Astana”ya müyəssər olub.  

Seçilən
27
1
referans.az

7Mənbələr