ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Cebheinfo.az" xəbər verir ki, Neftçilər prospekti 83 ünvanında 2004-cü il təvəllüdlü İsmayılov Əlvan Heybət oğlu idarə etdiyi “Honggi” markalı 90-YJ-634 dövlət qeydiyyat nişanlı avtomobillə həmin yolda motosikletlə hərəkətdə olan 2001-ci il təvəllüdlü Zeynalzadə Yəhya Fuad oğlunu vurub.
Motosikletin sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.
"Cebheinfo.az"
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.