AZ

"Mitsubishi" Yaponiyanın külək enerjisi layihələrindən çıxır

Yaponiyanın "Mitsubishi" korporasiyası və onun tərəfdaşı "Chubu Electric" ölkədəki dəniz külək stansiyaları layihələrindən artan xərclər və rentabelli olmadığına görə geri çəkilir.
 
Moderator.az xəbər verir ki, bu barədə "Nikkei" qəzeti biznes mənbələrə istinadən məlumat yayıb.
 
Qeyd olunur ki, "Mitsubishi" və "Chubu Electric" 2021-ci ildə Tiba və Akita prefekturalarının sahilyanı ərazilərində üç külək enerjisi layihəsini həyata keçirmək üçün tenderin qalibi olub.
 
Bu layihələr hökumətin bərpa olunan enerjinin təşviqi proqramı ilə əhatə edilib, ona görə təchizatçılar elektrik enerjisini şəbəkə şirkətlərinə 20 il ərzində sabit tariflərlə satırlar.
 
Tender zamanı "Mitsubishi" şirkəti ən aşağı qiyməti - kilovat-saat üçün 11-16 yen (0.08-0.11 dollar) təklif edib. O zaman bu qiymət qazanc əldə etməyə imkan verirdi, lakin JERA enerji şirkətinin məlumatına görə, 2020-ci ildən 2024-cü ilə qədər külək turbinlərinin alınmasının dəyəri 50-80% artıb. Nəticədə layihələr rentabelsiz olub. Hökumət elektrik enerjisinin qiymətlərinin subsidiyalaşdırılmasını təklif edib, lakin "Mitsubishi"nin tenderdəki rəqibləri buna qarşı çıxıblar.
Seçilən
69
3
moderator.az

10Mənbələr