AZ

Dağıstandakı zəlzələ futbol matçına mane olmadı - VİDEO

BAKI, 27 avqust. TELEQRAF

Bu gün gecə saatlarında Dağıstanda Azərbaycanın da bir çox şəhər və rayonlarında hiss olunan zəlzələ baş verib.

Teleqraf xəbər verir ki, Bakı vaxtı ilə saat 00:33-də Xəzər dənizində 5,5 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələnin episentri Dərbənd şəhərindən 51 km şimal-qərbdə yerləşib.

Daha sonra Dağıstan Geofizika Xidməti 5,9 maqnitudalı zəlzələ barədə məlumat yayıb.

Həmin vaxt Dağıstanda “Maqma” və “Azərpetrol” həvəskar komandaları arasında futbol matçı keçirilib. Oyunçulardan biri zəlzələ zamanı topu itirərək meydançada yıxılıb.

Buna baxmayaraq, futbolçular qolsuz bərabərliklə başa çatan oyunu davam etdiriblər.

Seçilən
10
teleqraf.com

1Mənbələr