AZ

Bu gün "Şəfa" Küveyt komandası ilə üz-üzə gələcək

Bu gün 1-ci Liqa təmsilçisi "Şəfa" Qəbələ toplanışı çərçivəsində 3-cü - sonuncu yoxlama oyununa çıxacaq.

Fanat.Az-ın məlumatına görə, Bakı təmsilçisi Küveytin elita təmsilçilərindən olan "Əl Yarmouk" ilə üz-üzə gələcək.

Oyun saat 17:30-da başlayacaq.

Xatırladaq ki, "Şəfa" avqustun 20-dən Qəbələdə təlim-məşq toplanışındadır. Paytaxt klubu avqustun 28-də bölgədəki hazırlığını tamamlayaraq paytaxta qayıdacaq. Sözügedən kollektiv bu toplanış çərçivəsində daha öncə "Ordu" (1:0) və "Şamaxı" (1:1) ilə də sınaq matçları keçirib.

Nihat

Seçilən
2
fanat.az

1Mənbələr