Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulacaq.
"Unikal" xəbər verir ki, bununla da Liqa mərhələsinə son 4 vəsiqənin sahibi bəlli olacaq.
Günün ilk matçında "Qarabağ" Bakıda Macarıstanın "Ferensvaroş" kollektivini qəbul edəcək.
Türkiyənin "Fənərbağça" klubu Portuqaliyada "Benfika"nın qonağı olacaq. İstanbuldakı ilk görüş qolsuz heç-heçə ilə başa çatıb.
Bundan başqa, "Brügge" Belçikada Şotlandiyanın "Reyncers", "Kopenhagen" isə Danimarkada İsveçrə "Bazel"ini sınağa çəkəcək.
İlk oyun günündə Qazaxıstanın "Kayrat", Norveçin "Budyo/Qlimt" və Kiprin "Pafos" klubları turnirin Liqa mərhələsinə vəsiqə qazanıb.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab görüşləri
27 avqust
20:45. "Qarabağ" (Azərbaycan) - "Ferensvaroş" (Macarıstan)
İlk oyun - 3:1
23:00. "Benfika" (Portuqaliya) - "Fənərbağça" (Türkiyə)
İlk oyun - 0:0
23:00. "Kopenhagen" (Danimarka) - "Bazel" (İsveçrə)
İlk oyun - 1:1
23:00. "Brügge" (Belçika) - "Reyncers" (Şotlandiya)
İlk oyun - 3:1