AZ

“iPhone 17” bu tarixdə təqdim ediləcək

Müəllif:Mehin Qasımova,Banco.az 

"Apple" bu il ənənəvi sentyabr tədbirində yeni məhsullarını təqdim edəcək.

Banco.az xəbər verir ki, şirkət 9 sentyabr 2025-ci il tarixində keçiriləcək təqdimatda "iPhone 17" seriyasını ictimaiyyətə təqdim edəcək.

Yeni seriyaya “iPhone 17”, “iPhone 17 Pro” və “iPhone 17 Pro Max” modelləri ilə yanaşı, tamamilə yeni və ultra nazik “iPhone 17 Air” də daxil olacaq. Bu il “iPhone 17 Plus” modelinin təqdim olunmayacağı qeyd edilir.

Məlumata görə, "iPhone 17 Pro" modelləri daha davamlı alüminium çərçivə və yenidən işlənmiş arxa kamera moduluna sahib olacaq. Seriyadakı bütün modellər ProMotion standartı ilə yanaşı, A19A19 Pro çipləri ilə təchiz ediləcək.

Ən diqqətçəkən yeniliklərdən biri olan “iPhone 17 Air”, Apple-ın indiyədək istehsal etdiyi ən nazik və ən yüngül "iPhone" olacaq. Cihazın 6,6 düymlük ekran, "Apple C1" modemi və tək linzalı arxa kamera ilə gələcəyi gözlənilir.

Seçilən
14
banco.az

1Mənbələr