AZ

İlham Əliyev: “Sənəddən geri addım atılarsa, bu, Ermənistan-ABŞ münasibətlərini ciddi pisləşdirər”

“Güclü xarici müdaxilə olarsa, bəli, bu, razılaşmaları (Vaşinqtonda Azərbaycanla Ermənistan arasında əldə olunan – red.) poza bilər”.

Editor.az  AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev “Əl-Ərəbiyyə” kanalına müsahibəsində səsləndirib.

“Amma bu, Ermənistanın özü üçün çox zərərli olar, çünki Vaşinqtonda sənədlərin kim tərəfindən imzalanmasından asılı olmayaraq, onlar Ermənistanın adından Ermənistan lideri tərəfindən imzalanıb”, – deyən dövlətimizin başçısı vurğulayıb ki, əgər orada hər hansı dəyişiklik baş verərsə və imzalanmış sənəddən geri addım atılarsa, bu, Ermənistan ilə ABŞ arasındakı münasibətləri ciddi şəkildə pisləşdirər.

Seçilən
9
12
editor.az

10Mənbələr