AZ

TƏBİB: Kəlbəcərdə qaz borusunun partlaması nəticəsində xəsarət alanların vəziyyəti orta ağırdır

Avqustun 27-də saat 05:50 radələrində 3 nəfər (2 qadın, 1 kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən “İki sahil”ə verilən məlumata görə, müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri orta ağır qiymətləndirilən şəxslərin müalicəsi davam etdirilir.

Seçilən
0
3
ikisahil.az

6Mənbələr