AZ

Masallıda 4 kiloqram narkotik vasitə dövriyyədən çıxarıldı

Masallı Rayon Polis Şöbəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib.
 
Bu barədə Moderator.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.
 
Məlumata görə, tədbirlərlə əvvəllər məhkum olunmuş 46 yaşlı Eldəniz Abdullayev saxlanılıb.
 
Həmin şəxsdən ümumilikdə 4 kiloqram heroin, tiryək və marixuana aşkarlanıb.
 
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
 
Araşdırma aparılır.
Seçilən
40
14
moderator.az

10Mənbələr