AZ

Danimarka XİN ABŞ diplomatını çağırıb

Danimarka Xarici İşlər Nazirliyi Qrenlandiyaya “təsir etmək cəhdlərindən” sonra ABŞ-ın müvəqqəti işlər vəkilini çağırmaq qərarına gəlib.

Ucnoqta.az xəbər verir ki, bu barədə idarə rəisinə istinadən Danmarks radiosu (DR) məlumat yayıb.

xarici işlər naziri Lars Løkke Rasmussen bildirib ki, Krallığın daxili işlərinə hər hansı müdaxilə cəhdi, şübhəsiz ki, qəbuledilməz olardı. Bununla əlaqədar, Xarici İşlər Nazirliyindən Amerikanın müvəqqəti işlər vəkilini danışıqlara çağırmq xahiş edilib.

Hazırda ABŞ-ın Danimarkada səfiri yoxdur. Trampın təyin etdiyi səfir Ken Hoveri hələ də vəzifəsinin icrasına başlamayıb. ABŞ-ın Kopenhagendəki səfirliyinin sözçüsü DR-ə bildirib ki, Vaşinqton ayrı-ayrı şəxslərin hərəkətlərinə nəzarət etmir və ayrı-ayrı amerikalıların Qrenlandiyada maraqları ola bilər.

Seçilən
7
ucnoqta.az

1Mənbələr