“Dövlətlərarası münasibətlərimiz (İranla – red.) hökumətlər, prezidentlər, xarici işlər nazirləri arasında qurulur. Buna görə də dırnaqarası müşavirlərin bu yalançı rəvayətlərinə qətiyyən məhəl qoymuruq”.
Editor.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” kanalına müsahibəsində söyləyib.
Dövlətimizin başçısı qeyd edib:
“Beləliklə, bizim üçün hər şey aydındır. Prezidentin (İran prezidenti – red.) mövqeyi tamamilə məntiqlidir və ona əsaslanır ki, Zəngəzur dəhlizi heç bir halda İran üçün təhlükə deyil”.