Avstraliyanın Viktoriya bölgəsində məktəb avtobusu qəza törədib.
APA “Reuters” ə istinadən xəbər verir ki, nəticədə avtobusda olan məktəblilərdən biri həyatını itirib, 11 nəfər isə xəsarət alıb.
Avtobusda ümumilikdə 28 nəfər şagirdin olduğu bildirilib.
Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.