AZ

Pezeşkian azərbaycanlıdır, mənim kimi eyni qanı daşıyır - Əliyev

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində İranla münasibətlərdən danışıb.

XəzərNews.az xəbər verir ki, müsahibə zamanı İlham Əliyev İran Prezidentinin Azərbaycana səfərindən danışıb:

“Əslində, iki dəfə səfər edib. Birincisi, rəsmi səfər idi, ikincisi isə Xankəndi şəhərində, azad edilmiş Qarabağda İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə qatıldı. Biz onunla çox yaxşı işgüzar münasibətlər qurmuşuq.

Bəli, siz tamamilə haqlısınız, o, azərbaycanlıdır. O, mənim kimi eyni qanı daşıyır. Biz eyni dildə danışırıq. Tərcüməçiyə ehtiyacımız yoxdur. O, ictimai tədbirlərin birində Azərbaycan poeziyası ilə bağlı biliklərini nümayiş etdirdi və heç bir qeydə ehtiyacı yox idi. Çox istedadlı insandır”.

Xəbər 2 dəfə oxunub.
Seçilən
37
45
xezernews.az

10Mənbələr