AZ

Kəlbəcərdə baş verən partlayışda xəsarət alanların vəziyyəti AÇIQLANDI

Avqustun 26-da Kəlbəcərdə qaz sızması nəticəsində baş verən partlayışda xəsarət alanların vəziyyəti açıqlanıb.
 
Bu barədə Moderator.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
 
Bildirilib ki, xəsarət alanların vəziyyəti orta ağır qiymətləndirilir:
 
"Avqustun 26-da saat 22:20-da 4 nəfər (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
 
Üz və yuxarı ətrafların ikinci, üçüncü dərəcəli yanığı diaqnozları təyin edilən şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri orta ağır qiymətləndirilən pasiyentlərin müalicəsi müvafiq şöbədə davam etdirilir", - deyə məlumatda qeyd olunub.
Seçilən
4
2
moderator.az

6Mənbələr