AZ

Ağcabədidə yanacaqdoldurma məntəqəsinin ərazisində baş verən yanğın söndürülüb VİDEO

Bakı, 27 avqust, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Ağcabədi rayonunda fəaliyyət göstərən yanacaqdoldurma məntəqəsinin ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Ağcabədi rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının məntəqənin ərazisində yerləşən ofisdə baş verdiyi və yanacaqla dolu çənlərə keçmə riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənərək yanacaqdoldurma məntəqəsinin ərazisinə yayılmasına və yanacaq çənlərinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 48 kvadratmetr olan 3 otaqdan ibarət ofisin yanar konstruksiyaları yanıb.

Yanacaq çənləri yanğından mühafizə olunub.

Xəsarət alan yoxdur.

Seçilən
29
15
azertag.az

10Mənbələr