“Azərbaycan ərazi bütövlüyünün pozulmasından əziyyət çəkən bir ölkə olaraq bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləyir”.
Editor.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” kanalına müsahibəsində deyib.
Dövlətimizin başçısı qeyd edib ki, bizim bununla bağlı mövqeyimiz birmənalıdır.