AZ

Media: Türkiyənin ilk aviadaşıyıcısı 2030 cu ilədək istismara buraxıla bilər

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 27 avqust, AZƏRTAC

Türkiyənin ilk aviadaşıyıcı gəmisinin istismara verilməsi Ankaranın müdafiə idxalından asılılığını əhəmiyyətli dərəcədə azaldacaq. Yeni sinif döyüş gəmisi Türkiyə Hərbi Dəniz Qüvvələrinin (HDQ) hazırkı flaqmanı olan amfibiya “TCG Anadolu”dan əhəmiyyətli dərəcədə böyük olacaq ki, bu da onun göyərtəsində “Kızılelma” pilotsuz təyyarəsi, TB3, “Anka” və TB2 hücum PUA-ları kimi yerli müdafiə şirkətlərinin qabaqcıl inkişaf məhsullarını yerləşdirməyə imkan verəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə avqustun 27-də “Star” qəzeti İstanbul gəmiqayırma zavodunun rəhbəri general Recep Erdinç Yetkinin sözlərinə istinadla material dərc edib. Onun sözlərinə görə, ölkənin ilk aviadaşıyıcı gəmisinin yaxın 5 il ərzində - 2030-cu ildən gec olmayaraq Hərbi Dəniz Qüvvələrinə verilməsi planlaşdırılır. Türkiyənin ən böyük gəmiqayırma zavodlarından birinin rəhbəri əlavə edib: “Türkiyə aviadaşıyıcı gəmisinin uzunluğu 285 metr, suda yerdəyişmə qabiliyyəti 60 min tondur, “TCG Anadolu” isə 230 metr uzunluğunda və 27 min ton suda yerdəyişmə qabiliyyətinə malikdir”.

Onun sözlərinə görə, yeni gəminin 2027-2028-ci illərdə suya buraxılması planlaşdırılır, bundan sonra müxtəlif sistemlərin və silahların inteqrasiyasına başlanılacaq.

Eyni zamanda, yaxın bir neçə ay ərzində aparıcı yerli aviasiya məhsulları istehsalçıları - BAYKAR və TUSAŞ şirkətləri öz inkişaflarını döyüş gəmisinin şərtlərinə mümkün qədər uyğunlaşdırmaq üçün aviadaşıyıcı gəminin uçuş-enmə zolağının analoqunu sınaqdan keçirməyə başlamaq imkanı əldə edəcəklər.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
2
azertag.az

3Mənbələr