AZ

Ermənistanda cəmi iki nəfər sülh istəyir: Referendumun nəticələrini gözləməliyik - MÜSAHİBƏ

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf-ın suallarını cavablandırıb.
 
Moderator.az həmi müsahibəni təqdim edir.
 
- Tofiq müəllim, Azərbaycanın münaqişədən sonrakı sülh prosesində əsas vəzifəsi və məqsədi nədir? Biz Ermənistanla və erməni xalqı ilə nəyə nail olmaq istəyirik?
 
- Biz istəyirik ki, qonşumuz hərbi təcavüz və torpaqlarımızı ilhaq etmək cəhdləri, təhlükəsi yaratmasın. Ermənistan cəmiyyəti ölkəmizə düşmən olan hər hansı formada ideologiyaya tabe olmasın. Azərbaycan bu siyasətində “kök və çubuq” taktikasından, yəni sülhə məcbur etmək üçün güc tətbiq etməyə məcbur olur və mehriban qonşuluğun cəlbedici siyasi və iqtisadi sistemini yaradır. Bu məqsədlərə nail olmaqda müəyyən sənədlərin imzalanması və ya qəbulu qarşıya qoyulan məqsədlərə çatmağın tərkib hissəsidir. İndi bəziləri iddia edirlər ki, Azərbaycanla Ermənistan arasında avqustun 8-də Amerikada paraflanmış, yəni qüvvəyə minməmiş sülh sənədi elə prosesin yekunudur. Amma heç də proseslər deyildiyi kimi deyil. Baş verənləri başa düşmək lazımdır. Başa düşmək laızmdır ki, sülh təkcə hansısa bir sənədlə ölçülən məhfum deyil. Keçmiş münaqişənin başlama taxinə nəzər salmaq lazımdır. İctimaiyyətə də düzgün şəkildə çatdırmalıyıq ki, biz indi hansı mərhələdəyik. Vaşinqtonda dünyanın aparıcı dövlətinin iştirakı ilə əldə edilən razılaşma çox yaxşı addımdır. Bu tərəflərin sülhə gedirik mövqeyinin ifadəsidir. Paraflanmış sənəd də bu çərçivəni müəyyən edir.
 
 
- Sizcə, yekun sülhlə bağlı qərar nə vaxt verilə bilər? Yəni imzalanmış ilkin sülh sənədi haçan qüvvəyə minəcək?
 
- Bu ancaq Ermənistan konstitusiyasında müvafiq dəyişikliklər, yəni Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəalar aradan qaldırıldıqdan sonra mümkün olacaq. Bunun üçün Ermənistanda referendum keçirilməlidir. Erməni cəmiyyəti məhz referendumla bağlı aparılan diskusiyalarda iştirak etməli və müxtəlif siyasi qüvvələr öz mövqeyini ortaya qoymalıdır. Məhz bunun nəticəsində qərarlar qəbul ediləcək. Çünki "sülh istəyirəm" - deməklə sülh olmur. Bunun üçün fundamental şərtlər var.
 
- Sizcə, erməni cəmiyyəti sülhə hazırdırmı?
 
- Bu məsələdə də fikrilər haçalanır. Bəziləri az qala deyir ki, ermənilər sülh istəyir və s. Başa düşmək lazımdır ki, avqsutun 8-də Ağ Evdə əldə edilən nəticələr Azərbaycan Silahlı Qüvvələrinin yaratdığı reallığı əks etdirirdi. Erməni cəmiyyətində bu gün neçə nəfər sülhdən danışır ki? Biri Baş nazir Nikol Paşinyan, digəri parlamentin spikeri Alen Simonyandır. Qalanları sülh deyəndə ancaq Qarabağ deyirlər. İndi sual olunur ki, biz bunları görməməliyik, nəzərə almamalıyıq?
 
 
- İndiki halda erməni tərəfi niyə Qarabağ mövzusundan əl çəkmir?
 
- Bu sırf Zəngəzəur mövzusuna bağlı olan məsələdir. Əsas istəkləri odur ki, Azərbaycan tərəfi Zəngəzur məsələsini gündəmdən çıxartsın. Amma bizim üçün də maraqlıdır ki, erməni cəmiyyəti elə siyasi elitanın özü də Qarabağ mövzusundan birdəfəlik imtina edibmi? Buna necə inanmaq olar? “Qarabağ Ermənistandır nöqtə” deyən adam indi də ölkənin baş naziridir. Nə dəyişib ki?..
 
 
- Sizcə, imzalanmış sənədlərin olması özlüyündə sülh və mehriban qonşuluq mühitinin yaradılmasına bir növ təminat verirmi?
 
- Ermənistan konstitusiyanın dəyişdirilməsi tələbi, ilk növbədə, erməni cəmiyyətinin ideologiyasının dəyişdirilməsi üçün geniş ictimai müzakirənin aparılması tələbidir. Əgər əvvəllər “qamçı”mız igid Silahlı Qüvvələrimiz idi və bu qismən də qalırsa, bu gün bu funksiyaları Qərbi Azərbaycan, Zəngəzur və Göyçə məsələləri mövzusu yerinə yetirir. Ona görə də sülhün və xoş niyyətin məcbur edilməsi prosesi davam edir. Bu mənada 1975-ci ilin xəritələrinə görə qarşılıqlı olaraq ərazi bütövlüyünün tanınması və Ermənistanda səfir vəzifəsinin vakansiyasının müzakirəsi mövzusu hələlik aktual deyil. Biz Ermənistandakı referendumun (Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların çıxarılması ilə bağlı referendum) nəticələrini gözləməliyik.
Seçilən
8
1
moderator.az

2Mənbələr