AZ

Türkiyədə 15 yaşlı gənc zibil qutusundan sərvət tapdı FOTO

Olke.az saytına istinadən ain.az xəbər verir.

15 yaşlı Ömər Çoban zibilliyin yanından tapdığı dəyəri 66 min manatdan çox olan zinət əşyaları tapıb. 15 yaşlı Ömər tapdığı bu sərvəti polisə təhvil verib.

Ölkə.az xəbər verir ki, hadisə Türkiyənin Batman şəhərində baş verib.

Batmanın Gap məhəlləsində mal-qara bəsləyən əmisinin qatığını sataraq ailəsini dolandıran 15 yaşlı Ömər Çoban evə gedərkən yol kənarında qızıl məmulatla dolu çanta diqqətini cəlb edib.

Ömərin zibillikdən tapdığı çantanın içərisində təxminən 1,6 milyon lirə  (66 min 272 Azərbaycan manatı-red) dəyərində qızıl, pul və digər qiymətli əşyalar olub. Gənc həmin çantanı dərhal polisə təhvil verib. Onun bu cür nümunəvi hərəkəti cəmiyyətdə çox böyük rəğbətlə qarşılanıb.

Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
5
olke.az

6Mənbələr