AZ

Azərbaycanda seysmik aktivlik gözlənilirmi?

Xəbər verdiyimiz kimi, gecə saatlarında Rusiyada 5,7 maqnitudalı zəlzələ qeydə alınıb.

Bu zəlzələ yerli vaxtla saat 00:33-də baş verib və Quba, Xınalıq, Qusar, Bakı və Sumqayıt və s. şəhərlərində 4-3 bal gücündə hiss olunub.

Mövzuyla bağlı Trend-in sualını cavablandıran Respublika Seysmoloji Xidmət Mərkəzinin Elektron Xidmətlər şöbəsinin müdiri Vüsalə Rafiqqızı bildirib ki, Rusiyada baş verən dərin zəlzələ sayılır.

O bildirib ki, bu səbəbdən də ölkəmizdə hiss edilib.

"Zəlzələ olan bölgələrimizdə monitorinq aparılır. Bunun nəticələri tədqiq olunur. Gecə ölkəmizdə hiss edilən zəlzələdən indiki saata qədər güclü afteşoklar qeydə alınmayıb.Lakin hazırda ölkəmizdə seysmoloji vəziyyət stabildir."

V. Rafiqqızı qeyd edib ki, zəlzələnin dəqiq proqnozu olmadığına görə heç kim zəlzələ olacaq yaxud olmayacaq kimi proqnoz verə bilməz.

"Xırda hiss olunmayan zəlzələlər hər gün qeydə alınır və belə zəlzələlərin heç bir təsiri yoxdur. Maqnitudası 3 və 3-dən yuxarı zəlzələlər haqqında məlumatlar isə mərkəzin rəsmi saytında və sosial şəbəkələrdəki rəsmi səhifələrindən ictimaiyyətə açıqlanır",- deyə o əlavə edib.

Seçilən
21
6
hit.az

8Mənbələr